Nazir: Azərbaycanda orta aylıq pensiyaların həcmi 5% artırılacaq

18:02 - 14.02.2019


14 fevral, Fineko/abc.az. Azərbaycanda orta aylıq pensiyaların həcmi 5% artırılacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev qeyd edib ki, indeksləşmədən sonra pensiyaların məbləği orta hesabla 222 manatdan 228-229 manata, əmək pensiyalarının və yaşlılıq üzrə pensiyalar orta hesabla 240-250 manatadək artırılacaq.

“Martın 1-dən etibarən minimum əmək pensiyası olan 233 min pensiyaçının pensiyasının 116 manatdan 160 manata qədər artacağını nəzərə alsaq, o zaman, yaxın aylarda pensiyaların orta həcminin 5% artmasını proqnozlaşdırmaq olar”, - nazir bildirib.

 

Вся лента