Voronej hava limanı Bakı şəhərinə uçuşlar təşkil edəcək

11:52 - 15.02.2019


15 fevral, Fineko/abc.az. Voronej Beynəlxalq Hava Limanının baş direktoru Aleksandr Beleviç Gürcüstan, Azərbaycan, Qazaxıstan və Tacikistana müntəzəm uçuşların başlanmasını elan edib.

Aleksandr Beleviç "Qara Torpaq Bölgəsinin Hava Qapısı" biznes forumunda bildirib ki, Voronej ilə Tbilisi, Bakı, Düşənbə və Aktau ilə birbaşa hava əlaqəsi yaradılacaq.

Beleviç uçuş proqramının təfərrüatlarını açıqlamayıb.

Voronej hava limanının planlarında həmçinin, Vyetnam, Yunanıstan, Misir, İspaniya, Hindistan, Türkiyə, Tayland və Tunis kimi populyar turizm istiqamətlərinin çarter reysləri müəyyən edilmişdir. Bundan əlavə, 2020-ci ildə hava limanı Riqa, İstanbul və Birləşmiş Ərəb Əmirliklərinə uçuşlar həyata keçirə biləcək.

 

Вся лента