Ziyad Səmədzadə Azərbaycanda adambaşına büdcə xərclərini artırmağı təklif edir

11:46 - 18.02.2019


18 fevral, Fineko/abc.az. Azərbaycan Respublikası Maliyyə Nazirliyi bu gün "Vergilər. Şəffaflıq. İnkişaf" adlı forum keçirir.

Forumda iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, dövlətin mühüm fəaliyyət istiqamətlərindən biri büdcə sisteminin islahatının aparılmasıdır.

"Azərbaycanda bütün əsas sosial əhəmiyyətli layihələr dövlət hesabına həyata keçirilir, dövlət iqlim dəyişikliyi, fövqəladə hallar, hətta zəlzələ ilə bağlı olan bütün xərcləri ödəyir.Bu bütün bunlar göstərir ki, Azərbaycanda maliyyə sisteminin, xüsusilə,  bank və sığorta  sisteminin inkişafı üzrə tədbirlər davam etdirilməlidir”, -  deyə Z.Səmədzadə bildirib.

Onun sözlərinə görə, mühüm məsələlərdən biri həmçinin büdcə sisteminin inkişafıdır, xüsusən Azərbaycanda inkişaf etmiş ölkələrə nisbətən 5-6 dəfə aşağı olan büdcə xərclərinin artmasıdır.

“Həyata keçirilən islahatlar nəticəsində biz büdcə xərclərini ÜDM-nin 30-35%-dək çatdırdıq, lakin indi bu göstəricini  həmin səviyyədə saxlamalıyıq”, - deputat bildirib.

 

Вся лента