Azərbaycanda məşğulluq reyestri yaradılacaq

11:47 - 18.02.2019


18 fevral, Fineko/abc.az. Azərbaycanda şəffaf işçi qüvvəsi bazası yaradılacaq.

"Vergilər. Şəffaflıq. İnkişaf" forumu çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib ki, nazirlik qeyri-qanuni məşğulluqla mübarizə tədbirlərini davam etdirir.

"Hazırda məşğulluq reyestrinin yaradılması üzrə işlər aparılır ki, bu da ilk növbədə prosesin şəffaflığının təmin edilməsinə, sahibkarlar üçün ixtisaslaşdırılmış kadrların axtarışının asanlaşdırılmasına və işçilərin iş tapmasına imkan verəcəkdir", - nazir belə deyib.

Onun sözlərinə görə, reyestrdə paytaxtda və ölkənin regionlarında işçilər və sahibkarlar haqqında məlumat təqdim ediləcək.

 

Вся лента