Mikayıl Cabbarov: Azərbaycanda differensiasiya edilmiş ƏDV dərəcəsi tətbiq olunacaq

13:20 - 18.02.2019


18 fevral,Fineko/abc.az. Azərbaycan prezidenti differensiasiya edilmiş əlavə dəyər vergisi (ƏDV) dərəcəsinin istifadəsinə keçməklə bağlı tapşırıq verib.

Azərbaycanın Vergilər naziri Mikayıl Cabbarov bildirib ki, proses artıq başlanıb və prezident müvafiq tapşırıqlar verib.

"Əvvəlcə könüllü vergi ödənişlərinin artırılmasını təmin etməli və ƏDV dərəcələrinin differensiasiyasına çox diqqətə yanaşmalıyıq, çünki belə mexanizmin tətbiqi vergitutma bazasının azaldılması deməkdir və əlavə vəsait tələb edəcək”, - nazir bildirib.

İqtisadiyyat naziri Şahin Mustafayevin sözlərinə görə, bu təcrübə həm müsbət, həm də mənfi nəticələrə malikdir.

“Differensiasiya edilmiş dərəcənin tətbiqi mənfi nəticələri, rəqəmsal texnologiyaların tətbiqi ilə aradan qaldırılacaq”, - deyə nazir bildirib.

 

Вся лента