Azərbaycanda kapitalın vergi amnistiyası tətbiq edilə bilər

18.02.2019,15:25


18 fevral, Fineko/abc.az. Vergilər Nazirliyi vergi amnistiyasını hazırlayır.

Azərbaycanın Vergilər naziri Mikayıl Cabbarovun sözlərinə görə, nazirlik, kapitalın vergi amnistiyasının tətbiq edilməsini nəzərdən keçirir.

“Bu məsələ ilə bağlı işçi müzakirələri artıq keçirilib və biz öyrənməli olacağımız müsbət və mənfi təcrübələrin olduğunu bilirik”, - nazir belə deyib.

Azərbaycan-Amerika Ticarət Palatasının (AMCHAM) prezidenti Nuran Kərimov "Vergilər.  Şəffaflıq. İnkişaf" forumu zamanı kapitalın vergi amnistiyasının tətbiq edilməsi təklifi ilə çıxış edib.