Azərbaycanda müavinət və pensiyaların miqdarı optimallaşdırılacaq

15:33 - 18.02.2019


18 fevral, Fineko/abc.az. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əhaliyə sosial ödənişlərin həcmini optimallaşdırmaq niyyətindədir.

Azərbaycanın Əhalinin Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin sözlərinə görə, Azərbaycanda müavinət və pensiya növlərinin sayı 80-nə çatır.

“Hazırda Nazirlik sosial ödənişlərin və müavinətlərin optimallaşdırılması və təkmilləşdirilməsi prosesinə konsepsiya hazırlığı üzərində işləyir və hazırlıq başa çatdıqdan sonra ictimaiyyətə məlumat veriləcək”, - nazir bunu deyib.

 

Вся лента