Şahin Mustafayev: Hökumət istehlakçıların xeyrinə çörəyin maya dəyərinin artmasını kompensasiya edir

16:46 - 18.02.2019


18 fevral, Fineko/abc.az. Azərbaycan İqtisadiyyat Nazirliyi əsas ərzaq məhsullarının qiymətini süni şəkildə qaldırmağa imkan verməyəcəyini bildirdi.

İqtisadiyyat naziri Şahin Mustafayevin sözlərinə görə, son vaxtlar çörəyin qiymətinin gözlənilən artımı ilə bağlı şayiələrə baxmayaraq, çörəyin qiyməti artmayacaq.

“Məlumdur ki, Azərbaycana zəruri ərzaq taxılının bir hissəsini idxal edir və ixracatçı ölkələrdə qiymət artımı çörəyin qiymətinə təsir edə bilər. Lakin, dövlət, qiymətlərin süni şəkildə qaldırılmasının qarşısını almaq üçün müvafiq tədbirlər görür. Bu proses nəzarət altındadır. Bu gün üçün təyin olunan qiymətlər dəyişməyib. Əgər belə bir ehtiyac olarsa, hökumət qiymətlərin artmasının istehlakçılara təsir etməyəcək şəkildə lazımi tədbirləri görəcək”, - bunu nazir bildirib.

Onun sözlərinə görə, Nazirlik bütün əsas məhsulların gündəlik monitorinqini həyata keçirir və hazırda süni şəkildə qaldırılmış qiymətlərlə bağlı heç bir fakt yoxdur.

 

Вся лента