Azərbaycan hələ ki Rəşt-Astara sahəsinin tikintisi üçün İrana kredit verilməsi haqqında qərar qəbul etməyib

17:27 - 18.02.2019


18 fevral, Fineko/abc.az. Azərbaycan və İran hələ ki “Şimal-Cənub” layihəsi çərçivəsində kredit müqaviləsi bağlamaq barədə razılığa gəlməyiblər.

İqtisadiyyat naziri Şahin Mustafayevin sözlərinə görə, Rəşt-Astara bölməsinin tikintisi üçün İran tərəfinə 500 milyon dollar məbləğində kredit verilməsi məsələsi hələ ki müzakirə olunur.

Rəşt-Astara dəmir yolu Şimali Avropanı Cənub-Şərqi Asiya ilə, o cümlədən Azərbaycan, İran və Rusiyanın dəmir yolu ilə birləşdirəcək Şimali-Cənubi nəqliyyat dəhlizinin bir hissəsidir. Birinci mərhələdə Rəşt-Astara hissəsi ilə ildə 5 milyon ton yük, daha sonra isə 10 milyon tondan çox yük daşımaq planlaşdırılır.

Rəşt-Astara dəmir yolu Şimali Avropanı Cənub-Şərqi Asiya ilə, o cümlədən Azərbaycan, İran və Rusiyanın dəmir yollarını birləşdirəcək “Şimal-Cənub”  nəqliyyat dəhlizinin bir hissəsidir. Birinci mərhələdə Rəşt-Astara sahəsi ilə ildə 5 milyon ton yük, daha sonra isə 10 milyon tondan çox yük daşımaq planlaşdırılır.

Birinci mərhələdə “Şimal-Cənub” dəhlizi boyunca ildə 6 milyon ton yük daşınacaq,  gələcəkdə isə daşımaların 15-20 milyon tona qədər artırılması planlaşdırılır.

Yüklər cəmi 14 gün ərzində Skandinaviya və Şimali Avropa ölkələri istiqamətində Hindistan, daha sonra Fars Körfəzi, İran, Azərbaycan, Rusiya ərazilərindən keçəcək.

 

Вся лента