İlham Əliyev: “SOCAR Polimer” qeyri-neft ixracında 15% artım təmin edəcək

17:43 - 18.02.2019


18 fevral, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” yüksəksıxlıqlı polietilen zavodunun açılışında iştirak edib.

Dövlət başçısı zavodun fəaliyyəti haqqında məlumatlandırılıb.

Dövlət başçısı zavodun işçiləri ilə görüşdə Sumqayıt Kimya Sənaye Parkının ərazisinin 500 hektardan çox olduğunu və burada müxtəlif müəssisələrin, o cümlədən tam gücü ilə işə başlamış “SOCAR Polimer” zavodunun fəaliyyət göstərdiyini bildirib.

“Bu çox əhəmiyyətli bir hadisədir, çünki xarici maliyyə strukturları tərəfindən etimad göstəricisidir. Xarici banklar onun tikintisinin maliyyələşdirilməsində iştirak ediblər. Ümumiyyətlə, bu sənayeləşmə siyasətinin yaxşı nəticəsidir”, - deyə dövlət başçısı bildirib.

Onun sözlərinə görə, zavodun istehsal gücü ildə 300 min ton olacaq və bu, qeyri-neft ixracının 15% artması deməkdir.

“Bizim əsas məqsədimiz iqtisadiyyatın diversifikasiyası, yeni iş yerlərinin açılması və Azərbaycanda ən yeni texnologiyaların tətbiqi ilə müəssisələrin yaradılmasına nail olmaqdır», - prezident belə deyib.

 

Вся лента