Yanvar ayında Azərbaycan iqtisadiyyatı təxminən 3% artıb

11:05 - 19.02.2019


19 fevral, Fineko/abc.az. Yanvar ayında Azərbaycanda 5,929,5 milyon manatlıq məhsul istehsal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 2,9% çoxdur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə adambaşına düşən ÜDM-in payı 2,1% artaraq 601,1 manat təşkil edib.

“Yanvar ayında istehsal olunmuş məhsulların və xidmətlərin 57,4%-i (3405,4 milyon manat)  qeyri-neft sektorunun payına düşüb və bu, ötən ilin göstəricisindən 2,7% çoxdur”, - məlumatda belə deyilir.

Məlumatda deyilir ki, keçən ay istehsal olunan sənaye məhsulunun dəyəri 3769,7 milyon manat təşkil edib ki, bu da illik 3,4% artım təşkil edib. Qeyri-neft sənayesinin istehsalı isə 13,8% artaraq 846,8 milyon manat təşkil edib.

 

Вся лента