Azərbaycan yanvar ayında 2,3 milyard dollar məbləğində mal idxal edib

12:12 - 19.02.2019


19 fevral, Fineko/abc.az. Yanvar ayında Azərbaycanın xarici ticarət əməliyyatları 2,302 milyard dollar təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, idxalın həcmi 1,022 milyard dollar, ixrac isə 1,279 milyard dollar təşkil edib.

2018-ci ildə Azərbaycan dünyanın 185 ölkəsi ilə xarici ticarət əməliyyatları aparmışdır. 113 ölkə ilə ixrac əməliyyatları, 178 ölkə ilə idxal əməliyyatları aparılmışdır. Ötən il Azərbaycanda ümumi ticarət həcmi 31755,9 milyon dollar, o cümlədən 20290,9 milyon dollar ixrac, 11465,0 milyon dollar idxal təşkil edib.  Nəticədə 8825,9 milyon ABŞ dolları məbləğində müsbət saldo formalaşıb.

 

Вся лента