İlham Əliyev Avropa Komissiyasının Hərəkətlilik və Nəqliyyat üzrə Baş Direktorluğunun rəhbərini qəbul etdi

13:02 - 19.02.2019


19 fevral, Fineko/abc.az. Avropa Komissiyasının Hərəkətlilik və Nəqliyyat üzrə (MOVE) Baş Direktorluğunun rəhbəri Henrik Hololey Bakıya gəlib.

Azərbaycan prezidenti İlham Əliyev Henrik Hololeyin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Prezident İlham Əliyev Azərbaycanın, iri infrastruktur layihələrinin həyata keçirilməsi  hesabına ciddi beynəlxalq nəqliyyat mərkəzinə çevrildiyini deyib. Prezident qeyd edib ki, Azərbaycan Şimali-Cənub, Şərq-Qərb və Şimal-Qərb layihələrində yük daşımalarında mühüm rol oynayır və artıq, konkret  işlər görülür.

Görüşdə Azərbaycan ilə Avropa Komissiyası arasında əlaqələrin uğurlu inkişafı, müasir nəqliyyat infrastrukturunun yaradılması və nəqliyyat sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib.

Henrik Hololey Azərbaycanın regionlarında olduğunu və inkişaf prosesindən təəssüratlandığını söylədi. O, ölkənin turizm və digər sahələrin inkişafı üçün böyük potensiala malik olduğunu qeyd edib. Qonaq Bakıda səmərəli görüşlər keçirdiyini və Heydər Əliyev Beynəlxalq Hava Limanının və Azərbaycanın mülki aviasiya sisteminin texniki təchizatının yüksək qiymətləndirdiyini bildirdi.

 

 

Вся лента