Azərbaycanda problemli kreditlərin payı təxminən 15% təşkil edir

17:25 - 22.11.2017


22 noyabr, Fineko/abc.az. Cari ilin oktyabr ayının 1-nə ölkənin bank və qeyri-bank kredit təşkilatlarının məcmu kredit portfeli 12437,2 milyon manat təşkil etmişdir.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsindən verilən məlumata görə, onların 9986,6 milyonu uzunmüddətli kreditlərdir.

“Məcmu kredit portfelində problemli kreditlərin payı 14,9%-ə bərabərdir”, - məlumatda belə deyilir.

Həmçinin qeyd edilir ki, əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği oktyabr ayının 1-nə 7022,2 milyon manat təşkil etmişdir.

Oktyabr ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 manata (ilin əvvəlindən 1,73 manata), 1 avro – 2,00 manata (1,93), 100  rubl – 2,95 manata (2,96) bərabər olmuşdur.

 

 

Вся лента