Azərbaycan və Böyük Britaniya gömrük risklərini birgə qiymətləndirəcəklər

11:04 - 20.02.2019


20 fevral, Fineko/abc.az. Dövlət Gömrük Komitəsi (DGK) ilə Böyük Britaniyanın Daxili İşlər Departamentinin Dövlət Katibliyi birgə bəyanat imzalayıb.

DGK-nin məlumatında deyilir ki,  sənəd, Komitənin sədri Səfər Mehdiyev və Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi xanım Emma Nikolson tərəfindən imzalanıb.

“Bəyannaməyə əsasən, tərəflər gömrük orqanlarının potensialının artırılması, risklərin idarə edilməsində qabaqcıl təcrübələrin mübadiləsi, yüklərin, turistlərin və nəqliyyat vasitələrinin sərhəddən keçdiyi zaman təhlükəsizliyin təmin edilməsində əməkdaşlığın inkişaf etdirilməsi barədə razılığa gəliblər”, - məlumatda belə deyilir.

Böyük Britaniyanın sərhəd xidməti tərəfindən maliyyələşdirilən “Hunter” layihəsi çərçivəsində imzalanan bəyannamə, beynəlxalq daşımalar zamanı gömrük-sərhəd keçmə prosedurlarının sadələşdirilməsi vasitəsilə həm mallar, həm də şəxslər üzrə məlumat analizi və hədəflərə dair beynəlxalq imkanların yaradılmasını, Sərnişinlərə dair İlkin Məlumat (API) və Sərnişin Adlarının Qeydiyyatı (PNR) məlumatlarının toplanması nəzərdə tutur.

 

Вся лента