“AvtoVAZ” İrana avtomobil tədarükü ilə bağlı danışıqlar aparır

11:31 - 20.02.2019


20 fevral, Fineko/abc.az. “AvtoVAZ” avtomobil istehsalçısı İrana avtomobil tədarükü haqqında danışıqlar aparır.

“Rostec”in Beynəlxalq Əməkdaşlıq və Regional Siyasət direktoru Viktor Kladovun sözlərinə görə, “AvtoVAZ” Misirdə avtomobil yığır. Orada quraşdırma istehsalatı var.

“Danışıqlar bir sıra başqa ölkələrdə, məsələn, İranda davam edir.  Söhbət həm tədarükdən, həm də yığmadan gedir”, - V. Kladov bunu deyib.

 

Вся лента