Çin avtomobil bazarı yanvar ayında 18% düşdü

12:02 - 20.02.2019


20 fevral, Fineko/abc.az. Yanvar ayında Çində minik avtomobillərinin satışı 18% azalaraq 2,02 milyon ədəd təşkil edib.

Çin Avtomobil İstehsalçıları Assosiasiyasının (CAAM) qeyd etdiyi kimi, mənfi dinamika, iqtisadi artımın yeddi ay ərzində ləngiməsi fonunda qeyd olunur.

Eyni zamanda, dilerlərin, Ay təqvimi ilə Yeni ilin qeyd edilməsi ərəfəsində endirim təklifinə baxmayaraq, tələbatın yanvar ayında dövrün ən iri düşməsi qeyd edilib. Ötən ay “Volkswagen” və onun birgə müəssisələri Çində satışlarını 2,9% azaldaraq 387300 ədəd maşına endirdi. Beləliklə, Almaniyanın avtomobil istehsalçısı Çin bazarında lider olaraq qalır. CAAM proqnozuna əsasən, 2019-cu ildə Çin avtomobil bazarı təxminən keçən ilin səviyyəsində (təxminən 23,7 milyon sərnişin avtomobili) qala bilər. Eyni zamanda, Çin hökuməti ölkədə avtomobil satışı stimullaşdırmaq üçün tədbirlər görmək niyyətindədir.

 

Вся лента