Mart bayramlarında Azərbaycan sakinləri 10 gün istirahət edəcəklər

12:30 - 20.02.2019


20 fevral, Fineko/abc.az. Azərbaycanda mart ayında 10 gün istirahət günü elan edilib.

Nazirlər Kabinetinin qərarına əsasən, Beynəlxalq qadınlar günü münasibəti ilə martın 8-i qeyri-iş günü olacaq, martın 9-u və 10-u şənbə və bazar günlərinə düşdüyünə görə isə, ardıcıl üç gün qeyri-iş günü olacaq. 

20-24 mart Novruz bayramı ilə əlaqədar istirahət günləri hesab edilir, lakin  martın 23-ü şənbə, martın 24-ü isə bazar gününə təsadüf etdiyi səbəbindən, müvafiq olaraq, martın 25-i və 26-sı həmçinin qeyri-iş günləri olacaq.

 

Вся лента