“Atəşgah” şigorta şirkəti turizm sığortası üzrə təxminən 25 min manat ödəyib

22.11.2017,17:33


22 noyabr, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən  sığorta şirkətlərindən biri olan “Atəşgah” sığorta şirkəti səfər sığortası (travel insurance) çərçivəsində iri ödənişlər həyata keçirib.

Şirkətdən verilən məlumata əsasən, Çexiya Respublikasında səfərdə olan sığorta olunan stasionar müalicə alıb və bu səbəbdən ona müalicə xərcləri üzrə ümumilikdə 5970 avro məbləğində sığorta ödənişi təqdim edilib.

“Bundan əlavə, Rusiya Federasiyasında səfərdə olan digər müştəri ilə baş vermiş hadisə üzrə ödəniş 4168 manat təşkil etmişdir.

Daha 9691 manat və  5051 manat Türkiyədə baş vermiş sığorta hadisələri üçün şirkət tərəfindən ödənilmişdir”, - məlumatda belə deyilir.

 

Ключевые слова: Atəşgah