Nazir: Cənub Qaz Dəhlizi ilə Türkmənistan qazının tədarükü barədə qərar Aşqabada həvalə olunur

17:29 - 20.02.2019


20 fevral, Fineko/abc.az. Türkmənistan "Cənub Qaz Dəhlizi" layihəsinə qoşulmaqda maraqlıdır.

Bakıda keçirilən Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasının V Nazirlər İclası çərçivəsində mətbuat konfransl zamanı energetika naziri Pərviz Şahbazov bildirib ki,  Türkmənistan Cənub Qaz Dəhlizinin  Məşvərət Şurasına iki il öncə qoşulub.

“Türkmənistan nümayəndəsi ölkənin layihədə maraqlı olduğunu bildirdi. Türkmənistan qazını Cənub Qaz Dəhlizi ilə ötürmək üçün, tədarükçü ölkə və qazı satın alan ölkə razılığa gəlməlidir. Razılıq əldə edildikdə, Türkmənistan qazı Cənub Qaz Dəhlizi ilə tədarük ediləcək”, - nazir belə deyib.

Avropa Komissiyasının Büdcə və İnsan Resursları komissarı Günter Ottinger həmçinin bildirib ki, tədarükə dair qərarı Aşqabad qəbul etməlidir.

 

Вся лента