İlham Əliyev Ağdamda yolun tikintisi üçün 2,3 milyon manat ayırıb

15:20 - 21.02.2019


21 fevral, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev rayonunun Kolqışlaq–Mirəşelli–Əhmədağalı–Çıraxlı avtomobil yolunun tikintisi ilə bağlı  sərəncam imzalayıb.

Sərəncama əsasən, 5 yaşayış məntəqəsini birləşdirən yolun tikintisi məqsədilə dövlət büdcəsidən 2,3 milyon manat ayrılacaq.

Maliyyə Nazirliyinə Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə həmin Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

 

Вся лента