Bakı metrosunda nəfəs almaq asanlaşacaq

10:35 - 22.02.2019


22 fevral, Fineko/abc.az. “Bakı Metropoliteni” QSC yeraltı nəqliyyatda xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması çərçivəsində mikroiqlim şəraitini yaxşılaşdırır.

QSC məlumat verir ki, cari il ərzində metropolitendə istismar müddətini başa vurmuş 7 ventilyator yenisi ilə əvəz ediləcək.

“Keçən il, Bakmetropoliten  Rusiyanın  “Artyomovsk  Maşınqayırma Zavodu “Ventprom” Səhmdar Cəmiyyəti ilə 7 ventilyatorun alınmasına dair müqavilə bağlayıb. Ventilyatorlar may ayına qədər Bakıya gətiriləcək”, - məlumatda belə deyilir.

Məlumatda deyilir ki, Bakmetropoliten, işçi təkəri elektrik mühərrikinin valında olan ventilyatorlar  (ventilyatorlardan 4-ü “VOM 24R”, 3-ü isə “VOM 20” tiplidir) əldə edir. Onların  texniki göstəriciləri Bakı meropoliteninin istismar şəraitinə tam uyğundur və tunellərdə süni havalandırmanın keyfiyyətini bir neçə dəfə yaxşılaşdıracaq.

“Əvvəlki avadanlıqlar 20-30 m3/saniyə məhsuldarlıqla işləyirdisə, yeni avadanlıqların havalandırma imkanı 60-70 m3/saniyədir”, - məlumatda belə deyilir.

məlumatda qeyd edilir ki, 2019-cu ildə tunel və stansiyaların təbii havalandırılması istiqamətində də tədbirlər görüləcək.

“Yeni layihəyə start veriləcək. Bu məqsədlə dünyanın aparıcı şirkətlərinin məhsullarının  monitorinqi keçirilir, Bakı metropolitenində tətbiqi imkanları araşdırılır. Yaxın vaxtlarda yekun qərarlar veriləcək və layihəyə start veriləcək”, - məlumatda belə deyilir.

 

Вся лента