330x110
 

Gürcüstanın paytaxtında 2019-cu ildə ilk CEO Lunch Tbilisi keçirilib

22.02.2019,16:45


22 fevral, Fineko/abc.az. 2019-cu ildə ilk CEO Lunch Tbilisi Kvemo-Kartli regionunun infrastrukturunun inkişafı mövzusunda fevralın 22-də Gürcüstanın paytaxtında təşkil olunub. Bu barədə Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

“Courtyard by Marriott Tbilisi” otelində keçirilən tədbirdə Azərbaycan
Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov və Kvemo-Kartlinin qubernatoru Şota Rexviaşvili çıxış ediblər. Eyni zamanda məruzə ilə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Gennadi Arveladze, Gürcüstanın kənd təsərrüfatı nazirinin müavini Georgi Xanişvili, Gürcüstanın Maliyyə Nazirliyi Akademiyasının rəhbəri Tariel Çuluxadze, Kvemo-Kartlinin Regional İnkişaf Agentliyinin icraçı direktorunun müavini Nuqzar Salia, biznes-ombudsman İraklı Lekvinadze çıxış ediblər. “Antaris” şirkətinin kommersiya direktoru Samir Axundov təqdimatla çıxış edib.

CEO Lunch Tbilisi çərçivəsində biznesmenlərə onları maraqlandıran suallara cavab almaq imkanı yaradılıb.

Tədbir zamanı Kvemo-Kartlinin qubernatoru Şota Rexviaşviliyə Caspian European Club-un fəxri üzvlük sertifikatı təqdim olunub.

Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı burləşdirən Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy İnternational Media Group-un fəal iştirakı ilə yaradılıb.

Caspian European Club-un yaradıcısı və ilk Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.