Azərbaycan prezidenti əhalinin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncam imzalayıb

17:46 - 25.02.2019


25 fevral, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev əhalinin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, yaşa görə sosial müavinətin məbləğinin 130 manata çatdırılması; sosial müavinətin məbləğinin I qrup əlilliyə görə 150 manata, II qrup əlilliyə görə 130 manata, III qrup əlilliyə görə isə 110 manata çatdırılması; sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara sosial müavinətin məbləğinin 150 manata çatdırılması; ailə başçısını itirməyə görə sosial müavinətin məbləğinin 80 manata çatdırılması üçün normativ hüquqi aktların layihələrini on beş gün müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək tapşırılıb.

Həmçinin nazirliyə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) sosial müavinətin məbləğinin 100 manata çatdırılması; müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına sosial müavinətin məbləğinin 100 manata çatdırılması; beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin hər uşaq üçün 55 manata çatdırılması tapşırılıb.

Uşağın anadan olmasına görə sosial müavinətin məbləği 200 manata, dəfn üçün ödənilən sosial müavinətin məbləği isə 300 manata çatdırılacaq.

 

Вся лента