Çin ABŞ ilə soyuq müharibəyə hazırdır

12:34 - 27.02.2019


27 fevral, Fineko/abc.az. Çinin texnoloji potensialı Birləşmiş Ştatlarla texnologiya sahəsində soyuq müharibə başlanması halında,layiqincə müqavimət göstərmək və  sahədə ölkənin liderliyini qoruyub saxlamağa imkan verəcək.

Bu barədə çərşənbə günü Çin ekspertlərinin fikirlərinə istinadən "Global Times" qəzeti yazıb.

Syan Liqan həmçinin belə bir rəy bildirib ki, Çin 5G rabitə işləmələri və süni intellect (Sİ) texnologiyaları sahəsində dünyada birinci yeri tutacaq.

O, həmçinin “smartfonlar üçün qabaqcıl çiplərin istehsalçısı” olan “Huawei” Çin şirkətinin bu sahəyə verdiyi töhfəsini  qeyd edib və bildirib ki, sözügedən şirkət  “Apple” Amerika şirkətini texnologiya sahəsində gec və ya tez udacaq”.

Öz növbəsində, Dünya Yaşıl Dizayn Təşkilatının (World Green Design Organization) sədri Şi Dinquan söyləyib ki, “Çin üzərində xarici təzyiq nə qədər böyük olsa da, bu sahədə yerli innovasiya potensialı və müstəqilliyini inkişaf etdirmək arzusu bir o qədər güclü olar”.

“Buna, ölkənin texnologiya inkişafı və elmi araşdırmalar üçün artan xərcləri ilə haqq qazandırılır”, - deyə o fikrini izah edib.

Bununla yanaşı, ekspertlər qeyd edirlər ki, iki ölkə arasında texnoloji qarşıdurmanın artması, hər iki tərəf üçün mənfi nəticələrə gətirib çıxaracaq.

“Soyuq müharibənin Çin və ABŞ-ı özəl, təcrid olunmuş texnoloji ekosistemləri inkişaf etdirməyə məcbur edə biləcəyi proqnozlarına baxmayaraq ... bəzi sahələrdə iki ölkə əməkdaşlığı tamamilə aradan qaldırmaq üçün bir-birinə çox yaxındırlar, - deyə Şi Dinquan bildirib. - ÇXR ilə ABŞ arasındakı əməkdaşlıq elm sahəsi və fundamental tədqiqatlar sahəsi daxil olmaqla kifayət qədər geniş sahəni əhatə edir”.

Öz növbəsində Syan Liqan bildirib ki, “ABŞ və Çin bir-birinin üzlərinə qapıları bağlayarsa, heç kim qalib gələcək”.

“Əgər bu baş verərsə, hər iki tərəf böyük itkilərə məruz qalacaq”, - deyə o, fikrini yekunlaşdırdı.

 

Вся лента