Bakı Metropoliteni lokomotiv parkını yeniləyir

16:12 - 27.02.2019


27 fevral, Fineko/abc.az. “Bakı Metropoliteni” QSC vaqon parkının yenilənməsini planlaşdırır.

QSC-in məlumatına görə, vaqon parkının yenilənməsi son 5 ilin ən böyük nailiyyətlərindəndir.

“2014-cü ildən etibarən vaqonların təmiri müasirləşdirilmiş sexdə həyata keçirilir ki, bu da xərclərin azaldılması ilə yanaşı, həm də kadr potensialının gücləndirilməsinə imkan yaratmışdır”, - məlumatda belə deyilir.

Məlumatda həmçinin deyilir ki, 2015-ci ildə alınmış ən müasir tipli vaqonların sayı 25-ə çatdırılıb, bu il isə daha 30 ədəd olmaqla parkı yeniləşdirəcək.

“Qarşıdakı 5 il ərzində bu proses davamlı şəkildə metropolitenin lokomotiv parkını əsaslı şəkildə yeniləcəyək”, - deyə məlumatda bildirilir.

 

Вся лента