Azərbaycan və Qazaxıstan dəmiryol işçiləri Transxəzər beynəlxalq nəqliyyat marşrutu ilə daşımaların səmərəliliyinin artırılması perspektivlərini müzakirə etdilər

17:16 - 27.02.2019


27 fevral, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov “Qazaxıstan Dəmir Yolları” ASC-nin sədri Sauat Mınbayevi qəbul edib.

QSC-in məlumatında bildirilib ki, görüşdə Azərbaycan və Qazaxıstanın dəmir yolları arasında yük daşımalarının həcminin artırılması, eləcə də Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun  inkişaf perspektivləri müzakirə edilib.

Məlumatda deyilir ki, Cavid Qurbanov qonağa Azərbaycanın dəmir yollarında həyata keçirilən layihələr və qurum qarşısında duran məsələlər barədə ətraflı məlumat verib. O, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə daşımaların səmərəliliyinin artırılması və koordinasiya işinin operativliyində böyük potensialın olduğunu qeyd etdi.

 

Вся лента