Neftin qiyməti artıb

10:15 - 28.02.2019


28 fevral, Fineko/abc.az. Azərbaycanın "Azeri LT CIF" markalı xam neftinin qiyməti 1,28 dollar (1,92%)  /  barelə artıb.

Bu gün “Azeri Light” markalı neftin bir barelinin qiyməti 67,97 dollar təşkil edir.

Çərşənbə günü Nyu-York Əmtəə Birjasında (NYMEX) keçirilən ticarətin nəticəsində, “WTI” markalı neftin aprel fyuçersi 1,44 dollar (2,6 %) artaraq bir barelə 56,94 dollar təşkil etmişdir.  Onun qiyməti 8:00-da 0,04 dollar (0,07%) azalaraq 56,90 dollar /barelə təşkil edib.

Fevralın 27-də Londonun “ICE Futures” birjasında keçirilən ticarətin sessiyası nəticəsində “Brent”in aprel fyuçersi 1,18 dollar (1,8%) artaraq bir barelə 66,39 dollar təşkil etmişdir.  Bu müqavilə ilə ticarət cümə axşamı günü bitir, may fyuçersi 0,3% uzuclaşaraq bir barelə 66,37 dollara  enib. “Brent”in aprel fyuçersləri 8:00-da 0,21 dollar (0,32%) azalaraq  bir barelə 66,18 dollar təşkil etmişdir.

 

Вся лента