Azərbaycanda vətəndaşların problemli valyuta kreditləri ləğv ediləcək

16:14 - 28.02.2019


28 fevral, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev fiziki şəxslərin problemli kreditləri məsələsinin həlli ilə bağlı fərman imzalayıb.

Fərmana  əsasən, fiziki şəxslərin banklara 10 min ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödəniləcək.

2015-ci il fevralın 21-nə əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat, 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat kompensasiya ödəniləcək.

Fərmana əsasən, vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 milyon manat ayrılacaq.

Mərkəzi Bankda, bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 milyon ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etmək tapşırılıb.

Banklara, müştərilərlə yeni güzəştli müqavilələr bağlamaq, bir ay ərzində faizləri ləğv etmək və məhkəmələrə təqdim olunan materialları geri götürmək tapşırılıb. Maliyyə Bazarı Nəzarət Palatasına, Mərkəzi Banka və Maliyyə Nazirliyinə borcluların siyahısı və hər bir bank üçün problemli kreditlərin məbləğini təqdim etmək tapşırılıb.

Hər bir fiziki şəxs üçün təzminat məbləği 5 min dollara bərabər olan məbləğdən artıq olmamalıdır.

 

Вся лента