Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi və Caspian European Club biznes-forum keçirəcək

17:13 - 28.02.2019


28 fevral, Fineko/abc.az. Azərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi və Caspian European Club 2019-cu il martın 6-da Bakıda birgə biznes-foŕum təşkil edəcək. Biznes-foruma Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov sədrlik edəcək. Bu barədə Caspian European Club-un sədrinin müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Görüş iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən şirkətlərin xahişi və Caspian European Club-un sahə klublarının iclasları çərçivəsində səsləndirilmiş təklif və sualların müzakirəsi nəticəsində irəli sürülmüş təşəbbüs sayəsində təşkil olunur.  Вiznes-forumda Caspian European Club-un şirkət rəhbərlərinin Azərbaycanda kiçik və orta biznesin inkişaf perspektivinə aid məsələlər üzrə təşəbbüs və təklifləri müzakirə olunacaq. Əsas diqqət bu sahədə həyata keçirilən islahatların nəticələrinə, yaxın illərdə inkişaf məsələlərinə yetiriləcək. Forum çərçivəsində həmçinin biznesmenlərə onları maraqlandıran suallara cavab almaq imkanı yaradılacaq.

"Öz tərəfimdən qeyd etmək istəyirəm ki, Kiçik və Orta Biznesin İnkişaf Agentliyi və şəxsən Orxan Məmmədov "biznes-hökumət" dialoqunda fəal iştirak edir və şirkətlərin müraciət etdikləri bütün xahiş və təkliflərə operativ münasibət bildirir. Ümid edirəm ki, bu formatda əməkdaşlıq gələcək də davam etdiriləcək", - deyə Telman Əliyev qeyd edib.
Biznes-forumda Caspian European Club-un saytında (www.caspianenergy.org) qeydiyyatdan keçmiş şirkətlər iştirak edə bilərlər.

Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı burləşdirən
Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy İnternational Media Group-un fəal iştirakı ilə yaradılıb.

Caspian European Club-un yaradıcısı və ilk Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir. 
 

Вся лента