Bakı-Tbilisi-Qars layihəsi İslam Əməkdaşlıq Təşkilatının İqtisadiyyat və Kommersiya əlaqələri üzrə Daimi Komitəsində müzakirə olunur

23.11.2017,16:20


23 noyabr, Fineko/abc.az. İstanbulda  baş tutan İslam Əməkdaşlıq Təşkilatının İqtisadiyyat və Kommersiya əlaqələri üzrə Daimi Komitəsinin (COMCEC) 33-cü Nazirlər Müşavirəsi çərçivəsində, 23 noyabr 2017-ci il tarixində “Xüsusi transmilli nəqliyyat dəhlizlərinin inkişafı” mövzusunda xüsusi sessiya keçirilir.

Tədbirdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətin sədri Cavid Qurbanov rəhbərlik  etdiyi nümayəndə heyəti də iştirak edir.

“Sessiya xüsusi olaraq Dakar limanı - Sudan dəmir yolu layihəsi və Bakı-Tbilisi-Kars layihəsinə həsr olunub.  “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətin sədri Cavid Qurbanov cıxış edərək bu günlərdə açılış mərasimi olan Bakı -Tbilisi - Qars dəmir yolu bağlantısı  barədə ətraflı məlumat verilib”, - məlumatda belə deyilir.

 

Ключевые слова: Bakı-Tbilisi-Qars Cavid Qurbanov COMCEC