AzSigorta şirkəti üç rüb ərzində fəaliyyətinin yekunlarını açıqladı

23.11.2017,16:29


23 noyabr, Fineko/abc.az. Azərbaycanın sığorta şirkətlərindən biri olan “AzSigorta” üç rüb ərzində yerinə yetirilmiş işlərin nəticələrini açıqladı.

Şirkətin məlumatında deyildiyi kimi, sığorta haqları ötən ilin müvafiq dövrü ilə müqayisədə 15% yüksələrək 18,8 milyon manat, könüllü sığortalar üzrə ödənişlərinin həcmi isə 17% artaraq 1,7 milyon manat təşkil etmişdir.

“Cari ilin 3 rübü ərzində şirkətin əmlak sığortası növü üzrə topladığı sığorta haqları 2% artaraq 2,8 milyon manat, icbari sıgorta haqları isə 22% artaraq 15,3 milyon  manat təşkil etmişdir”, - deyə məlumatda bildirilir.

Həmçinin deyilir ki,  şirkətin doqquz ay ərzində icbari sığortalar üzrə  ödənişləri 16% artaraq  5 milyon manat təşkil etmiş, o cümlədən əmlak sığortası növü üzrə ödənişlərin həcmi 105% artaraq 1,3 milyon manat təşkil etmişdir.

 

Ключевые слова: AZSIĞORTA azsigorta