Caspian Energy jurnalının yeni buraxılışı

11:21 - 4.03.2019


4 mart, Fineko/abc.az. Caspian Energy jurnalının Baltik və Xəzəryani region ölkələrinin regionlararası əməkdaşlığına həsr olunmuş növbəti – 106-cı nömrəsi işıq üzü görüb.

Caspian Energy-nin yeni nömrəsində Latviya Respublikasının Prezidenti Raymonds Veyonisin eksklüziv müsahibəsi dərc olunub. Müsahibədə ikitərəfli əməkdaşlıqla yanaşı, regionlararası münasibətlərə də xüsusi diqqət yetirilib. Jurnalda həmçinin Latviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yuris Maklakovs, Latviyanın Özbəkistan, Tacikistan və Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri Mixails Popkovs, Latviyanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Yuriys Poqrebnyaks ilə müsahibələr yer alıb.

Caspian Energy jurnalında eyni zamanda Bolqarıstanın energetika naziri Temenujka Petkova, Qazaxıstanın milli iqtisadiyyat naziri Timur Süleymanov, Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Mərakeş Günəş Enerjisi Agentliyinin İdarə heyətinin sədri Mustafa Bakkuri, Mərakeş Milli Karbohidrogen Agentliyinin baş direktoru Əminə Benhadrın müsahibələri dərc olunub.

Jurnalın bu nömrəsində Naxçıvan Muxtar Respublikasının ardıcıl ikinci dəfə qalib gəldiyi Azərbaycanın iqtisadi regionlarının investisiya reytinqinin nəticələrinə xüsusi yer ayrılıb.

Jurnalın səhifələrində həmçinin “Azpetrol Ltd” ASC-nin baş direktoru Ceyhun Məmmədov, “Raymond Weil” şirkətinin satış üzrə regional direktoru Xose Mariya Ramos Amatriayn, “SOCAR PETROLEUM” QSC-nin baş direktoru Toğrul Seyidovla müsahibələri də görə bilərsiniz.

Beynəlxalq Caspian Energy jurnalı dünyanın 70 ölkəsində yayılır. 20 il ərzində dünyanın müxtəlif ölkələrinin prezident və baş nazirlərinin, həmçinin nüfuzlu beynəlxalq təşkilat və nəhəng transmilli şirkət rəhbərlərinin müsahibləri, aparıcı ekspertlərin icmal və analitik materialları dərc olunur. Müxtəlif qiymətləndirmələrə görə, Caspian Energy jurnalı Xəzər-Qara dəniz və Baltik regionlarının aparıcı nəşrləri beşliyinə daxil olub, həmin regionlarda fəaliyyətin müəyyən edilməsində əksər sərmayəçilər üçün istiqamətləndirici rol oynayır.

Вся лента