Azərbaycan və Səudiyyə Ərəbistanı iqtisadi əməkdaşlıq səviyyəsindən narazıdır

12:35 - 4.03.2019


4 mart, Fineko/abc.az. Bu gün Bakıda Azərbaycanla Səudiyyə Ərəbistanı arasında birgə komissiyanın V iclası keçirilir.

Komissiyanın hər iki həmsədri, Azərbaycan Maliyyə Naziri Samir Şərifov və Səudiyyə Ərəbistanın Baş İnvestisiya Agentliyinin sədri İbrahim bin Əbdülrəhman əl-Ömər, ticarət və iqtisadi əməkdaşlıq səviyyəsinin mövcud potensialını əks etdirmədiyini bildiriblər.

“İqtisadi əməkdaşlığın səviyyəsi siyasi əməkdaşlığın səviyyəsinə uyğun deyil və komissiyanın fəaliyyətinin əsas məqsədi bu münasibətləri lazımi səviyyəyə gətirməkdir. Ölkələr arasında ticarət dövriyyəsi kiçikdir və son 15 ildə Azərbaycan iqtisadiyyatının inkişafı və davamlılığını nəzərə alaraq, mövcud potensialı nəzərə alaraq onu artırmaq istəyirik”, - deyə Samir Şərifov bildirib.

Onun sözlərinə görə, ölkələr arasında yaxşı turizm əlaqələri təşkil olunub. 2016-cı ildə Səudiyyə Ərəbistanından gələn turist axını 7.463 nəfər, 2017-ci ildə 33.273 nəfər, 2018-ci ildə isə 10 dəfə artaraq, 73 min nəfərə çatmışdır.

“Turistlərin əksəriyyəti Azərbaycana yayda gəlirlər. Qış mövsümündə turist axınının cəlb edilməsi üçün, reyslərin sayını qış mövsümündə təşkil etmək və artırmaq lazımdır ki, bu da Azərbaycanda qış turizminin inkişafına və  biznes əlaqələrinin inkişafına təsir edəcək”, - deyə nazir bildirib.

Komissiyanın Ərəbistandan tərəfindən həmsədri deyib ki, 2018-ci ildə ölkələr arasında ticarət dövriyyəsi 20 milyon dolları ötməyib və bu rəqəm əməkdaşlığın iddialı inkişafı üçün planlara uyğun deyil.

“İqtisadi əməkdaşlığı daha yüksək səviyyəyə çatdırmaq üçün, ilk növbədə, əməkdaşlığın genişləndirilməsi proqramlarını həyata keçirmək üçün mexanizm hazırlamaq və tətbiq etmək lazımdır. Gömrük sahəsində əməkdaşlığın həyata keçirilməsi, investisiya və ticarət imkanlarının genişləndirilməsi üçün vahid platforma yaratmaq və ticarət və investisiyaların təşviq edilməsi məqsədilə, biznes və dövlət qurumları arasında fəaliyyətin əlaqələndirilməsi üçün yol xəritəsi hazırlamaq lazımdır”, - deyə həmsədr bildirib.

 

Вся лента