Pərakəndə Sektorun Əsas Oyunçuları “Beynəlxaq Pərakəndə Konqresi”ndə Görüşəcək

14:12 - 4.03.2019


4 mart, Fineko/abc.az. Pərakəndə sektor üzrə MDB regionunun ən böyük innovasiya festivalı olan “Beynəlxalq Pərakəndə Konqresi” 22-23 Noyabr tarixində Bakıda baş tutacaqdır. Pərakəndə sektorun əsas oyunçularını bir araya gətirməyi planlayan Konqresdə, MDB ölkələrindən qatılacaq olan 2000`dən çox iştirakçı arasında sektor üzrə ekspert spikerlər, pərakəndəçilər, banklar, otellər, investorlar və start-uplar yer alacaqdır. Spikerlər arasında Sephora, Yandex Money, Lamborghini, The North Face, Facebook, Forbes, Turkcell, Adidas, IKEA, New Balance, Philip Morris kimi dünyaca məşhur şirkətlərdən ekspert spikerlər çıxış edəcəkdir.

Tədbir iştirakçıları üç fərqli platformadan yararlana biləcəklər: konfrans, sərgi və “networking” tədbirləri. İştirakçılar bu platformalara qatılaraq ekspert çıxışlarını dinləyəcək, B2B görüşlərinə qatılacaq, C-level proqramına qatılacaq, brendlərini hər kəs üçün açıq olan sərgi zonasında sərgiləyəcək və bizneslərinin uğuru üçün önəmli bağlantılar qurma şansı əldə edəcəkdir.

İştirakçıların rəsmi açılışdan öncə bağlantılarını inkişaf etdirmək məqsədilə 21 Noyabr tarixində “Retail Study Tour” təşkil ediləcəkdir. Tura qatılanlar Bakının ən kreativ mağazalarına ziyarət edəcək, milli restoranda Azərbaycan yeməklərini dadacaq və “Welcome Dinner”ə qatılaraq rəsmi açılışdan öncə qeyri-rəsmi mühitdə yeni əlaqələr qura biləcəklər.

Konqresin rəsmi açılışı 22 Noyabr tarixində baş tutacaqdır və tədbir iki gün davam edəcəkdir. İştirakçılar konfrans hissəsinə qatılaraq önəmli panel müzakirələrini dinləyə bilər və sərgi zonasını ziyarət edərək innovativ məhsul və xidmətlərlə tanış ola bilərlər. Həmçinin, VIP qonaqlar agendadan kənar baş tutacaq “C-level Program”a qatılaraq qapalı sessiyalarda və B2B görüşlərində iştirak edə bilərlər. Qeyd edək ki, tədbirin sərgi zonası hər kəsə açıq olacaqdır və maraqlı şəxslər tədbirə bilet almadan sərgi stendlərini rahatlıqla ziyarət edə biləcəklər.

Tədbirlə maraqlanan şəxslər rəsmi sayta daxil olaraq biletlərini onlayn sifariş edə bilərlər: internationalretailcongress.com

 

Вся лента