“Toyota” və “Subaru” 2021-ci ilə yeni elektromobili birgə hazırlayacaqlar

13:09 - 5.03.2019


5 mart, Fineko/abc.az. Yaponiyanın avtomobil istehsalçıları “Toyota” və “Subaru” 2021-ci ildə bazara çıxaracaqları yeni elektromobil hazırlamağa başladılar.

“Kyodo” agentliyinin məlumatına görə, hazırda iki şirkətin mühəndisləri layihə üzərində işləyirlər.

Subaru başlanğıcda elektromobili özü müstəqil olaraq yaratmağı planlaşdırmıdşır, lakin yüksək xərclər səbəbindən, bu sahədə Toyota ilə əməkdaşlığın lehinə layihənin dondurulması qərara alınmışdı. Birgə istehsal ediləcək avtomobillər, 2011-ci ildə “əkiz” idman avtomobilləri olan Subaru BRZ və Toyota 86 kimi, hər iki marka altında satılacaq.

Toyota uzun müddət hibrid mühərrik texnologiyasının inkişafına böyük diqqət yetirərək, onlarla təchiz edilmiş avtomobillərin satışı üzrə satışlarda dünya bazarında lider mövqe tutmuşdur. Lakin, elektromobillərə olan ümumi maraq fonunda,  korporasiya bu perspektivli seqmentdə öz mövqelərini gücləndirməyi zəruri bildi.

Daha əvvəl, “Toyota” təxminən 2025-ci ilədək benzin və ya dizel mühərrikli avtomobil istehsalını tamamilə dayandırmağı  və öz model xəttində yalnız hidrogen ilə çalışan hibridləri, elektromobilləri və avtomobilləri saxlayacağını bildirmişdir. Bundan əlavə, “Toyota” digər iki Yaponiya şirkəti – “Suzuki” və “Mazda” ilə elektromobillərin birgə istehsalı məqsədi ilə müqavilə imzalamışdır.

 

Вся лента