Bank VTB (Azərbaycan) Western Union pulköçürmə sisteminə qoşulub

16:30 - 5.03.2019


5 mart, Fineko/abc.az. Bank VTB (Azərbaycan) Western Union pulköçürmə sistemi üzrə xidmət göstərməyə başlayıb. İndi bankın filiallarında müştərilər dünyanın istənilən yerinə dollarla pulköçürmə xidmətindən istifadə edə bilər.

Ölkə və köçürülən məbləğdən asılı olaraq xidmət üzrə komissiya 0,9%-dən başlayır. Köçürmə müddəti istiqamətdən asılı olmayaraq bir neçə dəqiqəyə həyata keçirilir. Təcili pulköçürmə üzrə xidmətlər bankın bütün filiallarında mövcuddur. Ətraflı məlumatı www.vtb.az saytı, eləcə də 986 qısa nömrə və ya +99455 2140986 nömrəli WhatsApp vasitəsilə əldə etmək mümkündür.

“Müştərilərimizin rahatlığı üçün biz məhsul və xidmətlərimizin çeşidini daim genişləndiririk. Western Union sistemi etibarlı və sürətli şəkildə pul vəsaitini göndərib və almağa imkan verir, və indi bütün bunlar bizim müştərilərimiz üçün də əlçatandır” - deyə, bank VTB (Azərbaycan)-ın satış, şəbəkənin inkişafı və müştəri xidməti idarəsinin rəisi Pərviz Rəsulov bildirib.

Western Union pulköçürmə sistemi dünya üzrə fəaliyyət göstərən 550 000-dən çox xidmət məntəqəsinə sahibdir.

 

Вся лента