TuranBankdan xanımlara 8 Mart Bayramına 8%-lik hədiyyə!

06.03.2019,10:46


6 mart, Fineko/abc.az. TuranBank Beynəlxalq Qadınlar Günü münasibətilə xanımlara özəl kampaniyaya start verir.

Bayram ərəfəsində heç bir xanım diqqətsiz qalmasın deyə kredit və depozit məhsulları xanımlara güzəştli şərtlərlə təklif olunacaq. Mart ayının 6-dən 16-dək davam edəcək kampaniyanın şərtlərinə əsasən həmin müddət ərzində kredit üçün müraciət edən xanımlar 36 ay müddətinə 10 000 manatadək məbləğində krediti 8% güzəştlə, komissiyasız əldə edə biləcəklər. Pulunu etibarlı əllərə əmanət etmək istəyən xanımlar üçün isə TuranBank depozit faizlərini daha sərfəli şərtlərlə təklif edəcək. Bu da son deyil, kampaniyada iştirak edəcək bütün xanımlara MasterCard Standard plastik kartı bankdan hədiyyə olunacaq.

Kampaniya haqqında daha ətraflı məlumat üçün TuranBankın “935” Məlumat Mərkəzi və ya 050 268 72 22 Whastapp nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Əziz xanımlar, varlığınıza görə Sizə təşəkkür edirik. Bayramınız mübarək!

Əlavə olaraq qeyd edək ki, bank və bank məhsullarına aid bütün yeniliklər haqqında TuranBank-ın rəsmi veb səhifəsi və ya sosial şəbəkələrini izləyərək məlumat ala bilərsiniz.

Instagram - @turanbank

Facebook - @TuranBankASC

Linkedin - @TuranBank