Azərbaycan nefti ucuzlaşıb

10:11 - 7.03.2019


7 mart, Fineko/abc.az. Azərbaycanın "Azeri LT CIF" markalı xam neftinin qiyməti 0,18 dollar (0,27%) azalıb.

Bu gün “Azeri Light” markalı neftin bir barelinin qiyməti 66,98 dollar təşkil edir.

Martın 6-da Nyu-York Əmtəə Birjasında (NYMEX) keçirilən ticarətin nəticəsində, “WTI” markalı neftin aprel fyuçersi 0,34 dollar (0,6%) azalaraq bir barelə 56,22 dollar təşkil etmişdir. 

Çərşənbə günü Londonun “ICE Futures” birjasında keçirilən ticarətin sessiyası nəticəsində “Brent”in may fyuçersi 0,13 dollar (0,2%) artaraq bir barelə 65,99 dollar təşkil etmişdir. 

WTI markalı neftin aprel ayına olan fyuçers qiymətləri 9:15-də 0,15 dollar (0,27%) artaraq bir barelə 56,37 dollar təşkil etmişdir.

Brent markalı neftin may ayına olan fyuçers qiymətləri ICE Futures London birjasında 9:15-də 0,25 dollar (0,38%) bahalaşaraq 66,24 dollar / barel təşkil etmişdir.

 

Вся лента