Formula 1 azarkeşləri vizanı hava limanında əldə edə biləcəklər

14:30 - 7.03.2019


7 mart, Fineko/abc.az. Gələn ay Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisini izləyəcək əcnəbilərin viza prosedurları Prezident İlham Əliyevin imzaladığı Sərəncamla sadələşdirilib.

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bildirib ki, çoxsaylı xarici vətəndaşların Azərbaycana gəlişini gözləyirik. Bununla bağlı hər il olduğu kimi bu il də Azərbaycan Prezidenti Sərəncam imzalayıb. Bu Sərəncamda bilet alanlar və ya müəyyən akkreditasiyası olan insanlar gəlib vizalarını hava limanında əldə edə biləcəklər. Bu asanlaşdırılmış rejimdir və xarici vətəndaşların ölkəmizə rahat və maneəsiz gəlmələrinə şərait yaradır. Ümumilikdə isə “ASAN Viza” vasitəsilə üç gün ərzində viza əldə etmək mümkündür.

Вся лента