Azərbaycanda nağdsız hesablaşmalar üzrə banklararası komissiyalar endirildi - interchange fee

11:32 - 24.11.2017


24 noyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) banklararası əməliyyatlar üzrə tariflərin endirilməsi haqqında qərar qəbul edib (interchange fee).

AMB-dan verilən məlumata görə, “interçeync” – banklararası ödəniş kartları ilə əməliyyatların qəbulu üzrə ödənilən qarşılıqlı xidmət haqqıdır.

“AMB-nın qərarına görə,  interçeync premial olmayan (Visa Electron, Visa Classic və Maestro, Debit MasterCard Standard və MasterCard Standard) ödəniş kartı məhsulları üzrə bazarın tələbinə uyğun olaraq dəyişdirilmişdir. Mobil telefon haqları üzrə interçeync 26% azaldılaraq 1%, ərzaq mağaza və supermarketlər üzrə 61% azaldılaraq 0,5%, aptek və dərman məhsulları üzrə 78% azaldılaraq 0,3%, avtomatlaşdırılmış yanacaq doldurma məntəqələri üzrə 78,5% azaldılaraq 0,3%, e-ticarət əməliyyatları üzrə 16% azaldılaraq 1,3% həcmində müəyyən edilmişdir. Nəqliyyat və dövlət ödənişləri üzrə interçeync əsasən azaldılaraq 0,1% səviyyəsində təsbit edilmişdir”, - məlumatda belə qeyd edilir.

Yeni interçeync tarifləri 20 noyabr 2017-ci il tarixindən qüvvədədir.

 

Вся лента