Son 10 ildə SOCAR-ın gəliri 20 dəfə artıb

10:44 - 14.03.2019


14 mart, Fineko/abc.az. Martın 14-də Bakıda keçirilən “Argus Mineral Gübrələr 2019. Xəzər-Qara dəniz regionunda istehsal və logistika” konfransında SOCAR-ın prezidenti Rövnəq Abdullayev qeyd edib ki, 2008-2017-ci illəri əhatə edən dövrdə SOCAR-ın gəliri 20 dəfə artıb, hazırda SOCAR-ın gəlirinin 90 faizi xarici bazarlarda formalaşır. Şirkət əvvəllər əsasən öz məhsullarının satışını həyata keçirirdi. Hazırda isə SOCAR-ın ticarət portfelində üçüncü tərəflərin məhsulları çoxluq təşkil edir.

Вся лента