“AtaBank” depozit qutuları üzrə Novruz kampaniyasına start verir

12:07 - 14.03.2019


14 mart, Fineko/abc.az. Bu gündən etibarən AtaBank-ın depozit seyflərindən istifadə etmək üçün icarə haqqının 50%-ni ödəmək yetərlidir. Yəni kampaniya müddəti ərzində 30 manatlıq seyf 15 manata, 50 manatlıq seyf 25 manata, 70 manatlıq seyf isə 35 manata icarəyə verilir.

Müştərinin arzusuna görə müxtəlif ölçülü depozit qutuları təklif olunur. İcarə haqqı qutunun ölçüsündən və icarə müddətindən asılı olaraq müəyyən edilir. Depozit seyflərinin icarə müddəti 1 aydan 1 ilədəkdir. Müştərilərin rahatlığı üçün qutular “AtaBank” ASC-nin iki ünvanında təqdim olunur: Baş ofis və “Dostluq” filialı.

Bu qutularda pul vəsaiti, zinət əşyaları, sənəd və qanunla qadağan olunmamış digər dəyərli əşyalar saxlamaq mümkündür.

Xatırlatmaq istərdik ki, seyflər bankın ən yüksək mühafizə sistemi və kompleks açarlarla qorunur.

Novruz bayramı ərəfəsində yarı qiymətə təklif olunan depozit qutularından faydalanmağa tələsin. Endirim kampaniyası 30 Aprel 2019-cu il tarixinə kimi davam edəcək.

Bankın xidmət və kampaniyaları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər 136 qaynar xəttinə zəng vura və ya bankın yenilənmiş internet səhifəsini ziyarət edə bilərlər – www.atabank.com

 


Вся лента