Anar Həsənov: “AccessBank”ın ümumi kapitalı minimal tələbi üstələyəcək

13:13 - 14.03.2019


14 mart, Fineko/abc.az. “AccessBank”ın İdarə Heyəti bankın kapitallaşmasını artırmağı planlaşdırır.

Bankın İdarə Heyətinin sədri Anar Həsənov mətbuat konfransında bildirib ki, bankın nizamnamə kapitalının artırılması planlaşdırılır ki, bu da məcmu kapitalın artmasına səbəb olacaq.

“Nizamnamə kapitalını artırdıqdan sonra əlavə ehtiyatlar yaratmaq planlaşdırılır ki, bu da problemli kreditlər məsələsinin həllində kömək edəcəkdir. Biz kapitalın ən azı 50 milyon manata çatdırılmasını planlaşdırırıq, amma əminik ki, bu addımlar nəticəsində məcmu kapitalı 70 milyon manata çatdıra  və minimum tələbi artıra biləcəyik”, - deyə A.Həsənov bildirib.

 

Вся лента