Azərbaycan İrana turizm əməkdaşlığının inkişafı üzrə işçi qrupu yaratmağı təklif edib

16:22 - 15.03.2019


15 mart, Fineko/abc.az. Bu gün Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, ölkə İranla hava əlaqəsinin inkişaf etdirməkdə maraqlıdır.

Nazirin sözlərinə görə, bu, turizm sahəsində əməkdaşlığın inkişafı fonunda məqsədəuyğun olardı.

“Novruz bayramına qədər tərəflər öz ölkələrində təbliğat aparmalıdırlar. Həmçinin turizmin inkişafı üzrə işçi qrupunun yaradılması bu əlaqələrin inkişafına öz töhfəsini verə bilər”, - nazir belə deyib.

Onun sözlərinə görə, 2018-ci ildə ölkəni 241 min İran vətəndaşı ziyarət edib. İranlılar ASAN Vizanın əldə edilməsi üzrə birinci yerdədirlər.

 

Вся лента