Elektrik təchizati şəbəkələrinə qoşulma üzrə yeni qaydalar təqdim olunub

14:37 - 18.03.2019


18 mart, Fineko/abc.az. Elektron müraciətlərin sayının artırılması məqsədilə “Azərişıq” ASC-nin Elektron Müraciətlərin İdarə Olunması Sistemi (MİOS) daha da təkmilləşdirlilərək məmur vətəndaş təması minimuma endirilib. MİOS-un ən üstün cəhətlərindən biri də elektron məlumatlarla yanaşı rəqəmsal sistemlərlə də inteqrasiya oluna bilməsidir. Sahibkar elektron Hökumət Portalı üzərindən elektron və ya ASAN imza ilə şəxsi kabinetinə daxil olur, VÖEN məlumatı yaxud FİN nömrəsi daxil etdikdə ona məxsus məlumatlar avtomatik olaraq yerləşir.

Elektrik təchizati şəbəkələrinə (ETŞ) qoşulma üzrə yeni qaydalar təqdimatı zamanı həmçinin bildirilib ki, sahibkar artıq cəmi iki dəfə dövlət qurumu ilə təmasda olacaqdır: ilkin olaraq KOB evlərinə və ya mərkəzlərə müraciəti edəcək və qoşulma haqqı ödəniləcək, daha sonra isə ilk 10 gün ərzində dövlət qurumları arasında inteqrasiyanın təmin olunması nəticəsində sahibkarın hər hansı bir iştirakı olmadan texniki şərtlər, layihə sənədlərinin hazırlanması ilə bağlı “Texniki Şura” müvafiq tədbirlər görəcəkdir.

Вся лента