Nazir: Azərbaycan OPEC+ çərçivəsində öhdəliklərin yerinə yetirilməsi üzrə göstəriciləri yaxşılaşdıracaq

16:24 - 18.03.2019


18 mart, Fineko/abc.az. Gələn ay Azərbaycan OPEC+  qarşısında üzərinə götürdüyü öhdəliklər çərçivəsində göstəriciləri yaxşılaşdıracaq.

OPEC+ ölkələrinin Nazirlərin Birgə Monitorinq Komitəsinin 13-cü iclasının sonunda energetika naziri Pərviz Şahbazov deyib ki, OPEC+ formatının yaradılması anından etibarən Azərbaycan öz öhdəliklərini həmişə yerinə yetirib.

“Ötən ilin dekabr ayında Azərbaycan öz üzərinə yeni öhdəlik götürmüş və yanvar ayında bu öhdəliyi yerinə yetirməyə başlamışdır. İlin birinci yarısında Azərbaycanda istehsalın azaldılması üzrə öhdəliklərini tam yerinə yetirəcəkdir və biz gələn ay bu göstəricini yaxşılaşdıracağıq”, - nazir belə deyib.

 

Вся лента