Azərsu: Bayram günlərində əhali fasiləsiz su təchizatı ilə təmin olunacaq

12:57 - 19.03.2019


19 mart, Fineko/abc.az. Azərbaycanın su operatoru “Azərsu” bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

ASC-nin məlumatına görə, bununla əlaqədar Səhmdar Cəmiyyətin Aparatında  və yerli sukanal idarələrində növbətçilik rejimi tətbiq ediləcək, 955 Zəng Mərkəzi 24 saat əhalinin xidmətində olacaq.

“Bayram və qeyri-iş günlərində əhalinin içməli su ilə təchizatında  dayanıqlılığın təmin olunması, həmçinin bayram tədbirlərinin keçirildiyi yerlərin fasiləsiz su təminatı məqsədilə  bütün təşkilatı və texniki tədbirlər görüləcək”, - məlumatda belə deyilir.

 

 

Вся лента