AMB martın 27-də keçiriləcək depozit hərracında 350 milyon AZN cəlb etməyi planlaşdırır

13:00 - 19.03.2019


19 mart, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) banklar üçün növbəti depozit hərracı keçirəcək.

AMB-in məlumatına görə, depozit hərracı martın 27-də keçiriləcək. Hərrac vasitəsilə 14 gün müddətinə  350 milyon manat məbləğində vəsaitin cəlb edilməsi planlaşdırır. Cəlb olunan vəsaitlər üzrə faiz dəhlizi  7,01%-8,99% səviyəsində müəyyən edilib.

AMB hərracları 2016-cı ilin iyun ayından etibarən keçirir.

 

Вся лента