Azərbaycanda dəmiryol işçiləri yaz tətilində təxminən 25 min sərnişinə xidmət ediblər

17:36 - 27.03.2019


27 mart, Fineko/abc.az. Tətil günlərində “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 25 min sərnişinə xidmət edib.

ADY-in məlumatında deyilir ki, yaz tətilində, 19-26 mart tarixlərində, dəmir yolu vasitəsilə 24 880 sərnişin daşınıb.

“Onlardan 22423 nəfər ölkə daxilində hərəkət edən, 2457 nəfər isə beynəlxalq istiqamətdə hərəkət edən sərnişin qatarları ilə daşınıb”, - deyə məlumatda bildirilir.

Məlumatda deyilir ki, bayram günlərində hər gün əlavə 800-1000 nəfər sərnişin daşınıb.

 

Вся лента